“Maliyyə şöbəsinə böyük məsləhətçi” vakansiyası elan edir

Vəzifə
Sizin vəzifəniz Agentliyin səmərəli fəaliyyətini təşkil etmək məqsədi ilə inzibati-təsərrüfat
işlərinin planlaşdırmasını həyata keçirmək və icrasını təmin etmək olacaqdır.
Məsuliyyət
1. Agentliyin səmərəli fəaliyyəti üçün zəruri olan malların (işlərin, xidmətlərin)
satınalınmasını və təchizatını həyata keçirmək və satınalma prosesinin tam
sənədləşdirilməsini, icrasını və müvafiq keyfiyyət tələblərinə (standartlarına)
uyğunluğunu təmin etmək;
2. Agentliyin fəaliyyəti üçün ayrılmış material və vəsaitin səmərəli işlədilməsinə
nəzarət etmək, yaranmiş fəsadların aradan qaldırılması üçün tədbirlər görmək;
3. Maddi-texniki bazanın yaxşılaşdırılması və bu sahədə xərclərin azaldılması
məqsədi ilə rəhbərliyə təkliflər vermək;
4. Müqavilələr əsasında alınmış dəftərxana ləvazimatı, təsərrüfat üçün vacib olan
material, avadanlıq, inventar və ehtiyat hissələrinin anbarda saxlanmasını təşkil
etmək, onların işləməsi vaxtının uçotunu aparmaq, müvafiq hesabat formasını
tərtib etmək;
5. Agentliyin balansında olan nəqliyyat vasitələrinin istismarına nəzarəti həyata
keçirmək, onların texniki baxışını, təmirini, Dövlət Yol Polisi orqanlarında
qeydiyyat və icbari sığorta işlərini təşkil etmək;
6. Agentliyin təsərrüfata aid xərclər smetasının tərtibi barədə təkliflər hazırlayır;
7. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.
Tələblər
• Ali təhsil;
• Minimum 1 il peşəkar iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadə bacarığı;
• Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
• Ofis avadanlıqlarından istifadə etmək bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
• Məsuliyyət, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Üstünlüklər
1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 23.07.2020
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron
ünvanına mövzu yerinə “Böyük məsləhətçi Edumap.az” qeyd etməklə göndərə bilərlər.

Bir cavab yazın

Back to top button