11 Fevral 18:54

“Maliyyə vəsaitlərinin cəlb edilməsi” təlimi

Əziz startupçılar, sahibkarlar və fundraising’lə maraqlanan hər kəs!

Bakı Amerika Mərkəzi böyük məmnuniyyətlə ABŞ Məzunları ilə iş çərçivəsində Ceyhun Kərəmovun təqdimatında “Maliyyə vəsaitlərinin cəlb edilməsi” təlimini elan edir!

🗣 Təlimçi haqqında:

Ceyhun Kərəmov enerji, davamlı inkişaf, hökümət və qeyri-hökümət sektorlarında on beş ildən çox təcrübəyə malikdir. Ceyhun 2006-cı ildən BP şirkətində çalışır. Bundan əvvəl o, BMT İnkişaf Proqramı, UNİTAR və USAİD tərəfindən maliyyələşdirilən layihələrdə çalışmışdır. Ceyhun dörd il ABŞ Təhsilli Azərbaycanlı Məzunlar
Assosiasiyasına sədrlik etimişdir və eyni zamanda ENAM (Amerika Məzunlar Assosiasiyalarının Avropa Əlaqələndirmə Şəbəkəsinin) təsisçilərindən biri olmuşdur.

Ceyhun İNSEAD Biznes Məktəbini Qlobal Biznes İdarəetməsi Proqramını (2018), ABŞ-ın Georgia State Universitetini İctimai İdarəetmə (2006) və Azərbaycan Dillər Universitetini Avropaşünaslıq üzrə Bakalavr (2003) proqramını bitirmişdir. 2016-cı ildən Layihə İdarəetməsi üzrə PMP sertifikasiyasına malikdir.

O, Edmund S. Muskie (2004-2006) və FLEX(1998-1999) proqramlarının məzunudur.

🗓 15 fevral
🕓 16:00
⏳ 1.5 saat

Təlim Azərbaycan dilində keçiriləcək.

✅ Təlimdə iştirak ÖDƏNİŞSİZDİR.

❗ İştirak üçün QEYDİYYATDAN KEÇİN: https://goo.gl/forms/EHltx0wVerQmjPfM2

📍 R. Behbudov küç.,134, Azərbaycan Dillər Universiteti, 1-ci mərtəbə, Bakı Amerika Mərkəzi
☎ (012) 441 36 80 / 441 22 79 (124)
📧 [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)