“Manage your Project 2” layihəsinə start verildi

Cavan yeni layihəyə qeydiyyat elan edir!

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Xəzər Gənclər Evi (Xəzər Gənclər Evi / Khazar Youth Center) “Manage your Project 2” layihəsinə start verir.

Layihə çərçivəsində 20 iştirakçı seçiləcək, seçilən iştirakçılara layihə yazılması, büdcə hazırlanması və layihələrin idarə edilməsi haqqında geniş təlimlər keçiriləcəkdir.

Qeyd edək ki, layihə 3 gün ərzində intensiv formada həyata keçiriləcək. İlk gün iştirakçılar layihə yazılması, büdcə və fəaliyyət planı hazırlanması, ikinci gün layihələrin idarə edilməsi haqqında keçiriləcək təlimlərdə iştirak edəcəklər. Üçüncü gün praktiki təlimlər və komanda işləri baş tutacaq.

Layihə 14-16 sentyabr tarixlərində Xəzər Gənclər Evində baş tutacaq

Qeydiyyat linki: https://goo.gl/ScJRnf
Müraciət üçün son tarix: 11 sentyabr

Bir cavab yazın

Back to top button