27 Aprel 16:49

“Manifest” adlı fərdi sərgisi keçiriləcək

9 May Qələbə Günü münasibətilə 6 may 2019-cu il tarixində saat 13:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Arzu Mürvətovanın Böyük Vətən Müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edən “Manifest” adlı fərdi sərgisi keçiriləcək.

Çətin və şərəfli yol keçmiş qəhrəmanların müasir həyatımızdakı yeri və fəaliyyətlərinin foto-ekspozisiyasını ərsəyə gətirməyi özündə borc bilən gənc fotoqraf, məqsədinin XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaq, eləcə də müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən Müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir.

Sərginin təşkilində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Rəssamlar İttifaqı, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, SUN Graphics Reklam və Dizayn qrupu dəstəkdir. Qeyd edək ki, sərgi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin birgə layihəsidir.

Sərgi 10 may tarixinədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində, həmçinin may ayından etibarən Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq.

İnformasiya dəstəyi: YeniCag.az, AzPress.az, Edumap.az, Frame.az və Frame Partnership Club

Sərgiyə giriş sərbəstdir.
Ünvan: Heydər Əliyev prospekti 24
Əlaqə: +99412 566 56 69 ADRA Museum and Exhibition Complex

Qeyd edək ki, Arzu Mürvətova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Hal-hazırda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktorantura pilləsi üzrə təhsilini davam etdirir. 2008-ci ildən fotoqrafiya sənəti ilə həvəskar olaraq məşğul olur və bir çox beynəlxalq, yerli müsabiqələrin iştirakçısı və qalibidir. 2013-cü ildən etibarən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, 2014-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 2016-cı ildən isə Azərbaycan Fotoqraflar Birliyinin üzvü, Təşkilat Komitəsinin qəbul üzrə koordinatorudur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)