2 Sentyabr 11:49

“Maqnus” YARAT Film Klubunda

YARAT Film Klub sizi növbəti kino tədbirinə dəvət edir. 6 sentyabr 2016-cı il tarixində rejissor Bencamin Rinin “Maqnus” adlı filmi təqdim olunacaq.

Rejissor Bencamin Ri tərəfindən çəkilən “Maqnus” sənədli filmi, 25 yaşlı norveç şahmatçısı və mütləq dünya çempionu, “Şahmatın Mosartı” adlandırılan məşhur Maqnus Karlsenin şəxsiyyətinə həsr olunub. Uzun illər boyu rejissorlar müasir dahilərin daxili dünyalarına daxil olmağa can atırlar.
Şahmatçının uşaqlıq illərinin ən uğursuz məqamlarından ən ciddi nailiyyətlərinə qədər keçdiyi həyat yolunu əks etdirən “Maqnus” filmi hər bir tamaşaçıya igidlik, qəhrəmanlıq etməyə ilhamlandırır.

“Maqnus” – hər şeydən əvvəl, dünyanı qabaqlamış və böyüklüyə, dahiliyə yol açmış gənc oğlanın unikal həyat tarixçəsidir.

Film İngilis dilində nümayiş olunacaq.

Tarix: 6 Sentyabr, 2016
Saat: 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi
Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir.

Bəyən və paylaş