13 Noyabr 15:08

“İş Marafonu” adlı layihə keçiriləcək

ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi olaraq Sizlər üçün üçüncü dəfə “İş Marafonu” adlı layihəmizə start veririk!

Dostlar, əgər karyeranıza haradan, necə başlayacağınızı bilmirsinizsə; uzun müddətdir müvafiq vakansiyalara müraciət edib geri dönüş almırsınızsa; müsahibə mərhələsində əlləriniz titrəməyə davam edirsə, bu layihə elə məhz sizin üçündür!

Silsilə təlimlər aşağıdakı mövzuları əhatə edəcək

Əmək bazarı və karyera planlaşdırılması;
Düzgün CV hazırlanması;
Müsahibəyə hazırlıq;
Ünsiyyət bacarıqları;
Şəxsi brendinq.

Tədbirdə iş axtarışında olan tələbələr və məzun olmuş hər kəs iştirak edə bilər!

Layihə bir ay davam edəcək və iştirak ÖDƏNİŞSİZDİR!

Yalnız 25 nəfər gəncin bu şansı əldə edəcəyini nəzərə alaraq, tez bir zamanda aşağıdakı link vasitəsilə qeydiyyatdan keçməniz tövsiyyə olunur.

http://bit.ly/ismarafonu

Müraciət üçün son tarix: 25 noyabr 2019

Bəyən və paylaş