4 Noyabr 19:59

“İş Marafonu” adlı layihəyə qeydiyyat başladı

Gənclərin işsizliyinə bir çox səbəblər var, məsələn, xüsusi bacarıqların olmaması, yanlış təhsil sistemi, əmək bazarı ehtiyacları və təhsil sistemi arasındakı uyğunsuzluqlar, özünə inamın olmaması və iş yeri strukturlarının yanlış qurulması.

Bu layihənin məqsədi gəncləri iş həyatına hazırlamaq, onlara əmək bazarının real və tələbkar yanlarını göstərmək və lazım olan bilik və bacarıqlara yiyələnməkdə kömək olmaqdır.

Layihə 5 fərqli mövzu ətrafında 1 ay müddətində veriləcək seminar və təlimlərdən ibarət olacaqdır:

– Əmək bazarı və karyera planlaşdırılması
– Düzgün rezyume hazırlanması
– Müsahibəyə hazırlıq
– Effektiv iş axtarışı
– Şəxsi brendinq

Layihəyə müraciət üçün rezyume və motivasiya məktublarınızı [email protected] e-poçt ünvanına “İş Marafonu” başlığı ilə göndərməniz xahiş olunur.

Yalnız 25 nəfərin iştirak haqqı qazanacığını nəzərə alaraq, ən qısa müddətdə müraciət edin 🙂

Müraciət üçün son tarix: 7 Noyabr, saat 12:00.

Bəyən və paylaş

Rəylər

rəy(lər)