23 İyul 20:02

Mars Academy vakansiya elan edir!

Mars Academy vakansiya elan edir

İŞİN TƏSVİRİ: 
Mars Academy komandası genişlənir və bu məqsədlə müəllim/təlimçi mövqeyinə aşağıdakı xüsusiyyətlər və ambisiyaları özündə birləşdirən namizəd axtarırıq:

📍 Pedaqoji və ya İKT sahələrinin tələbələri/məzunları;
📍 Kompüter elmləri/riyaziyyat/mühəndislik sahələrində ali təhsil;
📍 Azərbaycan, rus və ya ingilis dillərində sərbəst yazı və danışıq bacarıqları;
📍 Məsuliyyətli, detallara diqqət edən və komanda mühitində işləmə bacarığı olan;
📍 Qeyri-formal tədris mühitində məktəbli uşaqlarla işləmə bacarığı və istəyi olan;
📍 Tədqiqat və kontentin inkişaf etdirilməsi üzrə biliklər;
📍 Liderlik və ünsiyyət bacarıqları;
📍 Yeniliklərə, texnologiyalara və təhsilə maraq;
📍 Komandanın yeni üzvləri ilə öyrənmək, inkişaf etmək və təcrübə mübadiləsi;
📍 Konfliktli vəziyyətlərin idarə olunması.

  VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
📍 STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) istiqamətlərində şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaqla, zəngin dərs materiallarının hazırlamaq və tədris etmək;
📍 5-15 yaşlı uşaqlara ixtisaslaşmış müəllimlərlə əməkdaşlıq edərək məktəbdən sonra və ya həftə sonları dərslər təşkil etmək;
📍 Dərs zamanı uşaqların iştirakına nəzarət etmək;
📍 Hər hansı bir hadisə zamanı onun vaxtında həlli istiqamətində Mars Academy rəhbərliyinə hesabatın hazırlamaq və təhvil vermək;
📍 Mars Academy tanıtım tədbirləri və təhsil seminarlarında aktiv iştirak etmək;
📍 Regional və Beynəlxalq tədbirlərə hazırlıq zamanı şagirdlərə dəstək olmaq;
📍 STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təlim təcrübələrini anlamaq, inkişaf etdirmək, qiymətləndirmək və idarə etmək;
📍 Təlimlərdə iştirak edərək, mümkün qədər peşəkar inkişaf imkanları əldə etmək.

⏰ İş saatları sərbəstdir, yəni dərs cədvəlləri, mövsümi düşərgə və seminar günləri əvvəlcədən müzakirə olunaraq təyin edilir. Bütün müəllimlər təhsil rəhbərinə məlumat verirlər.
Maraqlanan namizədlər öz CV-lərini, müvafiq maraqlarını və təcrübəsini əks etdirən qısa məktubu 30 İyul tarixinə qədər  [email protected]ünvanına təqdim etməlidirlər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)