13 May 13:23

Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar keçiriləcək

Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar keçiriləcək

18 may 2020-ci il tarixində saat 14:00-da Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə vebinar keçiriləcək.

Vebinar Maria Sklodovskaya-Küri təqaüd proqramı üzrə milli əlaqələndirici şəxs, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d. Zaur Həsənov tərəfindən “AMEA Beynəlxalq Əməkdaşlıq” Facebook səhifəsi üzərindən həyata keçiriləcək və proqram üzrə layihələrə qoşulmaq üçün təlimatlar veriləcək.

Vebinarda iştirak etmək istəyənlər mayın 16-sı saat 23:00-a qədər qeydiyyatdan keçməlidirlər. Vebinara qoşulmaq üçün link iştirakçıların email ünvanlarına göndəriləcək.

Maraqlananlar əlavə məlumat üçün AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsinə müraciət edə bilər.

Tel.: (+994 12) 492 34 46; (+994 50) 988 42 39; (+994 50) 350 14 25.

Email: [email protected][email protected]

Bəyən və paylaş