Şənbə, 23 Avqust, 2025

Marja ticarəti üzrə satış rəhbəri


  • Dərc edildi: 17 Noyabr, 2021 - 06:28
Marja ticarəti üzrə satış rəhbəri

Marja ticarəti üzrə satış rəhbəri PAŞA Kapital İnvestisiya Şirkəti QSC (Şirkət) potensial namizədləri “Marja ticarəti üzrə satış rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri: ·Komanda işinin peşəkar təşkili və satış sisteminin qurulması; ·Cari və gələcək iş planlarının, layihələrinin hazırlanmasını təmin etmək; ·Bölmənin qarşısında duran vəzifələrin icrasına nəzarət etmək; ·Əlavə satış qabiliyyətli xidmətlər üzrə yeni təkliflər hazırlanması; ·Şirkətin bu bölmənin fəaliyyətinin sistemli təhlilinin təşkili və onun əsasında səlahiyyətlərinə aid məsələlər üzrə zəruri sənədlərin, layihələrinin hazırlanması; ·Şirkətin məhsul və xidmətlərin müştərilərə satışının təşkili və idarə edilməsi; ·Kəmiyyət və keyfiyyət parametrləri üzrə müəyyən edilmiş plan göstəricilərinin yerinə yetirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi; ·Sadalanan vəzifələr çərçivəsində; müştərilərlə ilkin danışıqların təşkili və aparılması, təklifin hazırlanması; ·Ən gəlirli və perspektivli müştərilərlə əlaqələr sxeminin işlənib hazırlanması; ·Qarşıya qoyulmuş vəzifələrin həllində təşəbbüs göstərmək və bölmənin fəaliyyətinin təkmilləşdirilməsində fəal iştirak etmək; Vəzifə funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi. Namizədlərə əsas tələblər: ·Biznes işinin təşkili və ümumi idarəçilik istiqamətində ali təhsil; ·Sahə üzrə (Maliyyə) ən azı 5 illik iş təcrübəsi: maliyyə, bankçılıq və investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur; ·Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması; ·Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri; ·Yüksək satış qabiliyyəti və komandaya təlim vermə bacarığı; ·Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti. Maraqlanan şəxslər elektron məktub başlığında “Marja ticarəti üzrə satış rəhbəri” qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 410
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 83
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7290
Sumqayıt Dövlət Univ...