Azərbaycan Supermarket MMC "Market ehtiyatlarının planlaması üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir.
• Bütün lazımi məlumatlara uyğun olaraq təchizatçılara düzgün manual və ya avtomatik sifarişlər vermək.
• Çatdırılmaların tezliyinə nəzarət etmək və hər hansı problem yarandıqda Kommersiyaya məlumat vermək.
• Mağazalarda və Paylama Mərkəzində artıq ehtiyatların olması və ya ehtiyat çatımazlığının olmasının qarşısını almaq
• Promo sifarişlərini idarə etmək
• Hər mağaza və ya DC üçün əsas təchizatçı, logistik kənarlaşma (LV) üzrə məlumatlara nəzarət etmək.
• Bir məhsul üçün iki əsas təchizatçı ilə qarşılaşdıqda, satınalma qrupuna məlumat vermək.
• Hər bir mağaza və ya DC üçün sistemdə manual və ya avtomatik sifarişlər üçün vaxt cədvəlini yeniləmək
• Bütün sifariş çeşidlərinin avtomatik doldurulma prosesi və manual sifariş üçün aktiv olmasını təmin etmək
• Lazım gələrsə, sifarişin təsdiqi üçün avto sifariş komandasına dəstək olmaq.
• Yeni açılan mağazalar üzrə sifarişlərin idarə edilməsi
• Resursların düzgün bölüşdürülməsini təmin etmək və proseslərin vaxtında icrasını izləmək;
• Rəhbərlik və aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək;
• Gecikmələr və resurs çatışmazlıqları ilə bağlı analizlər aparmaq, mümkün riskləri müəyyənləşdirmək və həll yolları təklif etmək;
• Əldə olunan nəticələri qiymətləndirmək və proseslərin optimallaşdırılması ilə bağlı təkliflər irəli sürmək.
• Pərakəndə sahədə planlama təcrübəsi
• Komandada işləmək bacarığı;
• Analitik və kritik düşünmə qabiliyyəti;
İşdə dəqiqlik və detallara önəm vermə bacarığı
• Yüksək ünsiyyət qabiliyyəti
• Məlumata əsaslanan analitik düşüncə tərzinə sahib olmaq
• Güclü kompüter Bacarıqları: MS Office (Word, Excel, Powerpoint, Outlook)
• Power BI, SQL, Tableau, Python - bilməsində üstünlük verilir
Vakansiya üzrə müraciətlər [email protected] elektron ünvanına mövzu bölməsində “Market ehtiyatlarının planlaması üzrə kiçik mütəxəssis” qeyd etməklə edə bilərlər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.