Marketing Assistant vəzifəsinə işçi axtarılır

HDN Group şirkətləri üçün Marketing Assistant vəzifəsinə işçi axtarılır.

HDN Group müxtəlif sahələrdə (Təhsil, maliyə, tədbir təşkilatçılığı) fəaliyyət göstərənşirkətlərdən ibarətdir. 

Vəzifə öhdəlikləri:
– Bütün layihələrin marketinq fəaliyyətlərində aktiv iştirak etmək;
– Sorğuların təşkili və təhlili;
– Marketinq və reklam fəaliyyətləri üçün kontent hazırlamaq;
– Layihələr üçün marketinq büdcələrinin hazırlanıb (detallı və əsaslı) rəhbərliyə təqdim edilməsi;
– Təşviqat fəaliyyətlərinə dəstək vermək;
– Dataların toplanması və sistemləşdirilməsi;
– Data analizlərinin edilməsi;
– Partnyor şirkətlərlə əməkdaşlığın davam etdirilməsi üçün fəaliyyətləri idarə etmək;
– Yerli və xarici bazar araşdırmaları etmək;
– Həftəlik hesabatlar hazırlanması;

Namizədə olan tələblər:
– Ali təhsil (Marketinq, reklam, idarəetmə və ya PR sahəsində);
– Digital Media kanallarının idarəedilməsi üzrə bacarıqlar;
– Kontent hazırlama bacarığı;
– Təqdimat və kiçik auditoriya qarşısında çıxış bacarığı;
– Təşkilatçılıq bacarığı;
– Ədəbi dildə mükəmməl yazı və danışıq qabiliyyəti,
– İşgüzar ingilis dilini ən az orta səviyyədə bilməli;
– MS Excel, PowerPoint kimi standartlaşmış proqramları bilməli;
– Yaş məhdudiyyəti: 20-30 yaş;
– Cinsiyyət: Hər ikisi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsinə mütləq “Marketing Assistant” qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəylər

rəy(lər)