6 Noyabr 15:10

Marketinq sahəsində təcrübə proqramı

“DEZILINE” MMC təcrübə toplayıb biliklərini inkişaf etdirmək istəyənlər üçün gözəl imkan təklif edir. Bununla əlaqədar olaraq “DEZILINE” MMC “Marketinqin idarəedilməsi şöbəsi”nə Təcrübəçi vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və karyera irəliləyişlərinə can atan, ən əsası isə Marketinq komandasının fəal üzvü kimi yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi “DEZILINE” MMC-nin  yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

– Şirkətin marketinq siyasətinin planlaşdırılması və həyata keçirilməsi;

– Şirkətin reklam və tanıtım ehtiyaclarının təyin edilməsi;

– Müştəri əlaqələrinin idarə olunması;

– Müştəri sayının artırılması üçün təkliflərin hazırlanması;

– Müştəri bazasının genişləndirilməsi;

– Aylıq  hesabatların hazırlanması;

– Uyğunsuzluqlarla bağlı lazımi tədbirlərin görülməsi.

Namizədə aid tələblər:

– Güclü komanda vasitəsilə idarə etmə bacarığı;

– Müştəri yönümlülük, fərdi yanaşma bacarığı;

– Ünsiyyət və satış bacarığı;

– Analitik düşünmə, analiz etmə, diqqətlilik.

Bu iş sizə nələri qazandıracaq:

– Marketinq sahəsində iş proseslərini və marketinq xidmətlərini dərindən öyrənmək imkanı;

– Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;

– Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;

– Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;

– Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik olan təcrübəçilərin işlə təmin olunaraq komandamızın bir üzvü olmaq imkanı.

 

Göstərilən tələblərə cavab verən nazmizədlər öz CV-lərini 30 noyabr 2019-cu il tarixinədək  [email protected] ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində “Marketinq sahəsində təcrübəçi Edumap.az” qeyd etməyiniz xahiş edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)