Cümə axşamı, 21 Avqust, 2025

Marketinq üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 21 Avqust, 2025 - 18:47
Marketinq üzrə mütəxəssis vakansiyası

Marketinq üzrə mütəxəssis vakansiyası

 

Vəzifə öhdəlikləri:

·      Şahdağ Turizm Mərkəzinin strategiyasına uyğun marketinq fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək;

·      Yeni məhsul və xidmətlər üçün marketinq tədbirlərini hazırlamaq və tətbiq etmək;

·      Bazar imkanlarını araşdırmaq, seqment xüsusiyyətlərini və dəyişmə meyllərini təhlil etmək;

·      Məhsul və xidmətlərin tanıdılması üçün layihəçilər, reklam verənlər və istehsal menecerləri ilə əməkdaşlıq etmək;

·      Rəqəmsal kanallar və sosial media vasitəsilə kampaniyalar yaratmaq və optimallaşdırmaq;

·      Müştəri rəylərini toplamaq, marketinq göstəricilərini izləmək və hesabatlar hazırlayaraq rəhbərliyə təqdim etmək;

·      Yeni trendlər və rəqəmsal alətlər əsasında marketinq strategiyasını inkişaf etdirmək.

 

Namizədə qoyulan tələblər:

·     Ali təhsil (Marketinq, İqtisadiyyat, PR və ya əlaqəli sahələr üzrə);

·     Marketing sahəsində ən azı 2 il iş təcrübəsi, xüsusilə rəqəmsal və sosial media marketinqində;

·     Azərbaycan dili mükəmməl, Rus dili mütləq, İngilis dili bilikləri üstünlükdür;

·     Marketinq analitik alətlərindən yüksək səviyyədə istifadə etmə bacarığı;

·     Kreativ və innovativ yanaşmalarla yeni ideyalar təqdim etmək;

·     Həm yazılı, həm də şifahi ünsiyyət qabiliyyətinin yüksək olması;

·     Çoxsaylı layihələri paralel olaraq idarə etmək və son tarixlərə riayət etmək bacarığı;

·     Ezamiyyə səfərlərinə açıq olmaq.

 

Bizim təklif etdiklərimiz:

·     Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

·     İş qrafiki: Həftə içi 5 gün saat 9:00-18:00;

·     Əmək haqqı - 1300 AZN (net);

·     İş yeri - Bakı ofisi;

·     Yaradıcı və dinamik iş mühiti.

 

Şahdağ Turizm Mərkəzi ilə birlikdə fərq yaratmaq və komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi [email protected] ünvanına göndərərək müraciət edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 235
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 39
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7151
Sumqayıt Dövlət Univ...