Marketinq üzrə mütəxəssis vakansiyası

Vakansiya: Marketinq üzrə mütəxəssis “Halal-P” MMC 25 ildir ki, bank, ofis və mətbəə avadanlığı bazarında fəaliyyət göstərir. Azərbaycan Mərkəzi Bankı, Paşa Bank, "Şərq – Qərb" ​​mətbəəsi, "Çaşıoğlu" mətbəəsi, əksər nazirliklər və dövlət komitələri və bazarın bir çox digər böyük oyunçuları bizim müştərilərimizdəndir. Daim böyüyürük. Pandemiya zamanı belə rəqiblərimizlə müqayisədə biznesimizdə minimum enmə ilə üzləşdik. İşçilərimizin sayı ortalama 60 nəfərdir. Bu o deməkdir ki, hər bir işçi unikaldır və biznesin inkişafına böyük töhfə verir - məhsula və proseslərə birbaşa təsir etmək qabiliyyətinə malikdir. Onu da vurğulayaq ki, səmimi bir iş atmosferimiz var. Şirkətdə çalışanların 40%dən çoxu 10 ildən artıqdır ki, bizimlədirlər. Hal-hazırda, perskpektivdə marketinq direktoru olmağa niyyətlənən və güclü marketinq mütəxəssislərindən ibarət komanda yaratmağa hazır olan məhsuldar bir marketinq mütəxəssisi axtarırıq. Səndən (namizəddən) şirkətinməhsullarının reklamını mütəmadi olaraq təşkil etməni gözləyirik, çünki bu, şirkətin həyatda qalmasını və inkişafını təmin edir. Tələblər Marketinq sahəsində iş təcrübəsi bizim üçün vacibdir, hansı sferada olmasının fərqi yoxdur; Bizim marketinq mütəxəssisimiz, yəni sən, reklam işi ilə həvəslə məşğul olursan. Yeni şirkətləri cəlb etmək üçün məhsul və xidmətlərimizi kreativ şəkildə təqdim edirsən. Kifayət qədər iddialısan və böyümək istəyirsən. Bunun üçün daim öyrənir, hər dəfə məsuliyyət dairəsinə yeni sahələr götürürsən. Məsuliyyətlər -Marketinq reklam və kampaniyalarının təşkili, nəticələrin analizi; -Tanıtım materialların hazırlanması (təqdimatlar, broşuralar, kataloqlar); -Sosial şəbəkələrin və vebsaytın idarə edilməsi; -Tədbirlərin təşkil edilməsi (daxili, korporativ, beynəlxalq); -Təqdimatların hazırlanması. Dəyərlərimiz: o İnkişaf və davamlı öyrənmək istəyi o Qayğı göstərmək və kömək etmək istəyi o Dürüstlük və ədalətli mübadilə Seçim bir neçə mərhələdə aparılır: 1. CV - bənzər bir təcrübənin varlığına baxırıq 2. Doldurulmuş anket forması - cavab sürətinə və anketin məzmununa baxırıq 3. Üz-üzə müsahibə - “sizinlə tanış oluruq, həm də özümüzü təqdim edirik” 4. Rəhbərlə müsahibə Şərtlər: -yalnız əmin olduğumuz yüksək keyfiyyətli mallar satırıq; -sənə məhsul və texnologiyanı öyrətməyə hazırıq; -Marketinqin əsas prinsipərini araşdırıb, birlikdə uğurlu planlar yaradacağıq - uğurlu təcrübəni bölüşmək imkanın olacaq; -Daha çox partnyor, daha çox layihə cəlb edərək sən daha yaxşı nəticələrə imza ata bilərsən. -Iş cədvəli: standart 5 günlük 9.00-dan 18.00-dək; Yuxarıda yazılanlarda özünü tapdınsa – geri dönüş et! Aylıq əmək haqqı: 1000-1200 AZN Bu linkə daxil ol və anket formasını doldur. Onu da CV ilə birlikdə[email protected]ünvanına göndərməyi unutma. Bizimlə iş şən və perspektivlidir!

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az