24 Fevral 19:48

Marketinq və Biznesin İnkişafı üzrə Mütəxəssis vakansiyası

Vəzifə: Marketinq və Biznesin İnkişafı üzrə Mütəxəssis

Ərazi: Bakı
Müraciət üçün son tarix: 08.03.2020

Müqavilə növü: Əmək müqaviləsi
Müqavilənin vaxtı: 13 ay

Haqqında

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Kənd və Regional İnkişafa Dəstək proqramı çərçivəsində “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 8 rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran) icma əsaslı aqroturizmi inkişaf etdirmək və kənd təsərrüfatı ilə turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir.

Layihənin əsas hədəf qruplarına icmalarda aqroturizm/turizm sektorunda maraqlı olan mikro, kiçik və orta sahibkarlıq təsərrüfatları, gənclər, işsiz yetkin insanlar, bələdiyyə və digər yerli dövlət idarələri və qeyri-hökümət təşkilatları daxildir. Layihə, hədəf rayonlarda ümumi iqtisadi və sosial inkişafa töhvə verəcək və icmaları yeni gəlir əldə edilməsi, məşğulluq imkanları ilə təmin edəcək.

Layihənin əsas vəzifələri:

1. Dəyər Zənciri iştirakçılarının (kiçik ev təsərrüfatları, mikro, kiçik və orta sahibkarlar vəs) aqroturizm istiqamətində inkişafına dəstək göstərilməsi;
2. Dəyər Zənciri iştirakçıları arasında klasterlərin, buna bənzər qrupların (kooperativ, assosiasiya vəs) yaradılması və təşviq edilməsi;
3. Hədəf Dəyər Zənciri iştirakçılarının aqroturizm məhsullarının şaxələndirilməsi və marketinq yanaşmalarının inkişaf etdirilməsi;
4. Aqroturizm sahəsində gənclərin və yetkin insanların məşğulluğunun, sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi;
5. Dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsi.

YİY layihənin icrasını “Şəfəq” Ekoturizm İctimai Birliyi və “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Kənd Təsərrüfatı Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Turizm Agentliyi ilə yaxından əməkdaşlıq edir.

İşin təsviri

Marketinq və Biznesin İnkişafı üzrə Mütəxəssis – aqroturizm sahəsində marketinq və biznesin inkişafı üzrə strategiya və alətləri hazırlayır və həyata keçirir. Mütəxəssis karyera hazırlığı və dəyər zənciri aktyorlarını əmək bazarına inteqrasiyası üzrə planlar hazırlayır və inkişaf etdirir.

Vəzifə və öhdəliklər

 Layihənin biznesin inkişafı və marketinq ilə bağlı fəaliyyətlərinə rəhbərlik etmək;
 Hədəf Dəyər Zənciri iştirakçıları üçün marketinq məhsullarının hazırlanması və təşviq edilməsini təmin etmək;
 Bakı və regionlarda yerləşən qonaqlama yerləri və turizm şirkətləri ilə əlaqələr qurmaq;
 Hədəf aqroturizm iştirakçılarının biznesə çıxış imkanlarının artırılmasını təmin etmək;
 Layihə rəhbərinin tapşırığı ilə layihə fəaliyyətlərindən irəli gələn digər işləri həyata keçirmək.

Tələb olunan təhsil, təcrübə və bacarıq

 Təhsil, marketinq, idarəetmə, insan resursları və digər oxşar sahələrdə ali təhsil;
 Marketinq və biznes inkişafı sahəsində ən azı 3 illik iş təcrübəsi;
 Marketinq, kicik və orta biznesin inkişafı və təşviqi üzrə təcrübəyə malik olmalı;
 Sosial (təqdimat, ünsiyyət, komandada işləmək və danışıqların aparılması üzrə) bacarıqlar;
 Tədbir və görüşlərin təşkili üzrə bacarıqlar;
 Vebsəhifə və sosial media hesablarının idarə olunması bacarığı;
 MS Office (xüsusilə Power point) mükəmməl səviyyədə işləmək bacarığı;
 Dövlət, biznes, media və ictimai təşkilatlarla yaxşı işgüzar əlaqələri olmalı
 İngilis dili – orta/işgüzar səviyyə;
 Rus dili – orta/işgüzar səviyyə.

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Cover Letter) və İddia etdiyiniz əmək haqqı məbləğini [email protected] ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Marketinq və Biznes İnkişafı üzrə Mütəxəssis Edumap.az) qeyd etməyi unutmayın. Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.

Bəyən və paylaş