Marketinq və tədbirlər şöbəsində mütəxəssis/videoqraf vəzifəsi üzrə vakansiya

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Marketinq və tədbirlər şöbəsinə mütəxəssis/videoqraf vəzifəsinə vakansiya elan edir

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vəzifə: Mütəxəssis/videoqraf
Şöbə: Marketinq və tədbirlər

Vəzifə öhdəlikləri:
•    Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
•    İnformativ və infoqrafik videoların hazırlanması;
•    Sosial mediada paylaşılacaq postların dizaynının hazırlanması;
•    Promo və çap məhsullarının dizaynının hazırlanması;
•    Fotoların çəkilməsi və korreksiyası;
•    Dijital trendləri izləmə və işlədiyi sahəyə tətbiq edilməsi;
•    Şöbənin fəaliyyətinə dair məsələlərin vaxtında həyata keçirilməsinin təmin edilməsi;
•    Departamentin həyata keçirdiyi layihələrlə bağlı təklif və təşəbbüslərlə çıxış edilməsi;
•    Rəhbərlik  tərəfindən verilən digər tapşırıqların vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi.

Vəzifə üçün tələblər:
•    Ali təhsil;
•    Qrafik dizayn proqramlarında işləmək bacarığı  (Photoshop, Adobe Illustrator, Adobe InDesign, CorelDraw, After Effects, Adobe Premier);
•    Microsoft Ofis proqramlarında işləmək bacarığı;
•    Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
•    Komanda daxilində işləmək bacarığı;
•    Sıx iş qrafikində işləmək bacarığı.
Maraqlanan namizədlər CV-lərini 01 mart 2021-ci il tarixinədək [email protected]  e-mail ünvanına göndərə bilərlər.
Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bir cavab yazın

Back to top button