5 Dekabr 02:03

Marketinq xidmətlərinin tədqiqatı

ACT Azerbaijan şirkəti Azərbaycan bazarında marketinq araşdırmaları və onlara olan maraq səviyyəsini ölçmək məqsədilə oktyabr-noyabr aylarında marketinq, reklam, PR sahələrində çalışanlar arasında sorğu keçirib. Sorğuda Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib və hansı marketinq xidmətlərindən istifadə etdiklərini bildiriblər. “ACT Azərbaycan” bu sorğunun nəticələrini – Azərbaycanda ən çox istifadə olunan marketinq xidmətlərinin statistikasını 6 dekabrda “Marriott Abşeron” otelində keçirəcəyi tədbirdə açıqlayacaq.

Saat: 19:00-21:00
Əlaqəli sahələrdə işləyən hər kəs tədbirə dəvət olunur.

Bəyən və paylaş