8 Aprel 11:23

“Marketri” adlı sərgi keçirilir

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Art Salonunda 2016-ci il 12 aprel tarixində saat 12:00-da “Marketri” adlı sərgi keçirilir.
Sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq və Dizayn” kafedrasının təşəbbüsü ilə keçirilir.
“Marketri” adlı sərgidə ADRA-nın müəllimi dosent Ayaz İmanovun rəhbərliyi ilə onun tələbələrindən ibarət rəssamların əl işləri nümayiş olunur. 13 nəfər tələbədən ibarət olan iştirakçılar marketri növündə ən yaxşı sənət nümunələrini nümayiş etdirirlər.

Qeyd edək ki, “Marketri” ağac üzərində mozaika növüdür. Burada mozaika müxtəlif növlü ağacların şponlarından hazırlanır. Mozaika müxtəlif və yaxud bir-birinə oxşar materialların hazır hissəciklərindən hazırlanmış ornamental, yaxud sujetli təsvirlərdir. Müxtəlif materiallar üzərində hazırlanan mozaikanın ağacların şponlarından hazırlanan növü Marketridir.
Tələbələrin bu mövzuda işlədikləri əsərlər növ etibarilə eyni olsa da müxtəlif mövzuları əhatə edir.
Sərginin açılış mərasimi 12 aprel saat 12:00-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Art Salonunda (H. Əliyev pros. 24) keçirilir.
“Marketri” adlı sərgi bir həftə davam edəcəkdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)