23 İyul 23:35

MarLab`da təlimlərə qeydiyyat başladı!

MarLab`da təlimlərə qeydiyyat başladı!

Bu gün yalnız qlobal Marketinq keyslərini öyrənmək kifayət etmir. Yerli marketinq rəqabətin çağırışları ilə hesablaşmağa məhkumdur. Dünənin intuitiv marketinqini bu gün analitik marketinq əvəzləməyə başlayır. MarLab bu sahədə yaranan ehtiyacları qarşılamaq üzrə peşəkar təlim və konsultasiya xidməti göstərəcək platformadır.

Təlimlər 13 illik peşəkar təcrübəyə sahib mütəxəssis Əli Bədəlov tərəfindən keçirilir. Təlimin gedişində dəvət olunacaq peşəkarlarla keçirilən görüşlər sizə real iş bazarı haqqında dəqiq təsəvvürlər yaratmağa imkan verəcək.

Təlim proqramı karyerasını marketinq üzrə quran mütəxəssislər, mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və həmçinin əməkdaşlarının marketinq kvalifikasiyasını yüksəltmək istəyən koporativ şirkətlər üçün nəzərdə tutulub.

Proqramı uğurla başa vuran iştirakçılara Peşəkar Marketoloq Sertifikatı təqdim olunur və iş axtaran namizədlərə işəgötürənlərə tövsiyədə dəstək verilir.

Proqram: 6 ay / 3 modul / hər modul 2 ay
Təlim müddəti: 48 saat / hər dərs 90 dəqiqə

Son tarix: 27 avqust

Qeydiyyat linki: https://forms.gle/DBHngABAtsscoW7L8
Təlimçi haqqında: https://alibadalov.com/haqqimda-3/

Təlimə qoşulmaq arzusunda olan tələbələr üçün Bakı Gənclər Mərkəzi ödənişlərin yarısını qarşılayacaqdır!

Bəyən və paylaş

Rəylər

rəy(lər)