“Marş İrəli” artıq başlayır

Dəyərli gənclər!
Uzun zamandır gözlənilən “Marş İrəli” artıq başlayır!
Azərbaycan gəncində hərbi vətənpərvərlik ruhunun gücləndirilməsi, fiziki davamlılığın artırılması, sağlam düşüncəli və rəqabətədavamlı gəncliyin inkişafında dövlət gənclər siyasətinə töhfə vermək məqsədilə “Marş İrəli” gənclər üçün 3-cü mövsümünə start verir!
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə açıq hava şəraitində, düşərgə formatında həyata keçiriləcək hərbi simulyasiyalı layihə çərçivəsində 100-ə yaxın gənc 2021-ci il üzrə Azərbaycanın “Gənclər Paytaxtı” seçilmiş Göygöl rayonunda ekstremal şəraitdə qalaraq müxtəlif növ təlim və seminarlar, komanda yarışları, görüşlər və ekskursiyalarda iştirak edəcəklər.
Müraciətçilər içərisindən gender bərabərliyi qorunmaqla 17- 25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 80 nəfər gənc düşərgədə iştirak haqqı qazanacaq.
Əgər sən də hər şey Vətən üçün deyirsənsə, Marş İrəli!
Son müraciət tarixi: 13.07.2021 18:00
Layihənin keçirilmə yeri: 2021 Gənclər Paytaxtı – Göygöl, Azərbaycan
Layihənin keçiriləcəyi tarix: 27 iyul - 2 avqust 2021

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az