Bazar, 1 İyun, 2025

Masallıda "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsinin növbəti mərhələsi yekunlaşıb


  • Dərc edildi: 3 Dekabr, 2021 - 05:22
Masallıda "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsinin növbəti mərhələsi yekunlaşıb

Masallıda "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsinin növbəti mərhələsi yekunlaşıb
Masallı rayonunda Banbaşı kənd tam orta məktəbində "Ailə Məktəbi - valideynlərin iştirakı ilə psixososial durumun yaxşılaşdırılması" layihəsinin növbəti mərhələsi yekunlaşıb.
Layihə rəhbəri Pərvin Hüseynovanın verdiyi məlumata görə, layihənin məqsədi Masallı rayonun 5 məktəbində ibtidai siniflərin valideynlərini təlimatlandırmaq vasitəsilə valideyn – məktəb arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində model yaratmaqdır.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub. Həmçinin məktəb rəhbərliyi və valideynlər üçün layihə barədə təqdimat təşkil edilib.
Bu görüşlərin məqsədi layihə və onun mərhələləri haqqında məlumatlandırmadır.
Ümumiyyətlə layihə komandası valideynləri formal olmayan və yaradıcı ideyaların həyata keçirilməsinə təşviq ediləcəklər. Layihələr mütləq uşaqların tam şəkildə qoşulması təmin olunmalıdır. Layihələrdə əsasən faydalılıq, ibtidai təhsilin inkişafına dəstəkvericilik, daha çox valideynin cəlbi kimi meyarlar üstünlük təşkil edəcəkdir.
Valideynlər tərəfindən məktəbdə ideyalar icra olunub və “Ailə Məktəbi”ndə iştirak ilə bağlı valideynlərin seçilib.
Seçimdən sonra valideynlər 4 günlük “Ailə Məktəbi” adlı təlimlərə cəlb olunacaqlar.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edəcək.
Onu da qeyd edək ki, layihə çərçivəsində gənc müəllimlərin cəlb olunması, təlim məzmunun hazırlanması və ekspertlərin təminində Azərbaycan Gənc Müəllimlər Assosiasiyası ilə tərəfdaşlıq edilir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 122
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 175
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 95
XVIII Beynəlxalq Ast...