Şənbə, 10 May, 2025

Masallıda “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsi yekunlaşıb


  • Admin:
  • | Dərc edildi: 21 Dekabr, 2021 - 13:27
Masallıda “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsi yekunlaşıb

Masallıda “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsi yekunlaşıb
Masallı rayonu Mololon kənd ümumi orta məktəbində “Maliyyə savadlılığı” klubunun təşkili ilə ucqar kənd məktəblərində iqtisadi və maliyyə savadlılığın artırılması layihəsi yekunlaşıb.
Layihə rəhbəri Könül Qənbərovanın verdiyi məlumata görə, bu mərhələdə 6 ucqar kənd məktəbin 30 şagirdi ilə təlim-görüşlər təşkil olunmuşdur. Təlim-görüşlər bitdikdən sonra xüsusi yaradılmış jurilərin köməyilə ən maraqlı təqdimat, inşa və digər kiçik layihələr mükafatlandırılıb.
Müsabiqə iştirakçılarının işləri layihənin sonunda çap olunacaq jurnalda ətraflı şəkildə işıqlandırılıb. Həmçinin müsabiqə qaliblərə ilə yanaşı layihə müddətində fəallıq göstərən iştirakçılara və könüllülərə bir neçə nominasiyalar üzrə mükafatlar və diplomlar təqdim olunub. Təlimlər və müsabiqə bitdikdən sonra layihənin davamlılığını təmin etmək üçün iştirakçı 6 ucqar kənd məktəbində “Maliyyə savadlılığı” klubları yaradılıb.
Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 5-ci qrant müsabiqəsi çərçivəsində qalib olub. Bu layihə sentyabrın 15-dən dekabrın 15-dək davam edib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 299
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 713
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 365
Xaricdə təhsil almaq...