7 Oktyabr 11:43

“Master Tərbiyəçi ” Tərbiyəçilərin İnkişaf Proqramı VII Sezon  Elanı

MƏKTƏBƏQƏDƏR TƏHSİL SAHƏSİNDƏ ÇALIŞAN və ÇALIŞMAQ İSTƏYƏN MÜƏLLİMLƏR  üçün İNKİŞAF PROQRAMI.

 

“Master Tərbiyəçi ” Tərbiyəçilərin İnkişaf Proqramı VII Sezon  Elanı.

“Preschool Academy” Təlim Mərkəzi məktəbəqədər təhsil sahəsində çalışan müəllimlərin  və bu sahədə karyerasını qurmaq istəyənlərin bilik, bacarıq və vərdişlərinin inkişafı məqsədilə “Master Tərbiyəçi” Tərbiyəçilərin İnkişafı Proqramını həyata keçirir.

Proqram çərçivəsində akademik öyrənmə prosesi 3 ayı, təcrübə prosesi isə 1 ayı əhatə edir. Proqrama 5 master klass, 5 seminar, 15 təlimdə iştirak, 5 özəl uşaq bağçasında 4 məşğələdə iştirak və 4 açıq dərs vermək, imkanını əldə edirlər. Proqram 96 saat nəzəri, 200 saat təcrübi hissədən ibarətdir.

Proqrama Hansı Mövzular Daxildir?

  • Məktəbəqədər Təhsillə və Uşaqla bağlı Qanunvericilik
  • Həkimə Qədər İlkin Yardım
  • Uşaq Xəstəlikləri
  • Öyrədici Mühitin Yaradılması
  • Metodiki İşin Qurulması
  • Məktəbəqədər Tədris Proqramı – Kurrikulum və Fəal Təlim Metodları
  • Əmək Qanunvericiliyi və Tərbiyəçinin Əmək Funksiyası
  • Uşaq İnkişafı Sahələri və Onun Xüsusiyyətləri
  • İnkluziv Təhsil
  • Oyun
  • Oyun Növləri və Təşkili Qaydaları
  • Ekoloji Tərbiyə
  • Valideynlə İşin Təşkili
  • Gün Rejiminin Təşkili
  • Uşaq İnkişafı Qiymətləndirilməsi və Hesabatlılığı
  • Tərbiyəçi Kimdir?
  • Uşaqlarda Davranış Problemləri və Həlli Yolları
  • Fövqalədə Hallar Zamanı Davranış
  • Natiqlik və Özünü Təqdim Etmə Bacarıqları
  • Ünsiyyət və Konflikt Management
  • Stress Management
  • Time Management
  • Müştəri Məmnuniyyəti Anlayışı
  • Nitq İnkişafı üzrə Fəaliyyətlər
  • Sensor Tərbiyə Fəaliyyətləri
  • İdrak İnkişafı üzrə Fəaliyyətlər
  • Fiziki İnkişafı üzrə Fəaliyyətlər
  • Ekoloji Tərbiyə Fəaliyyətləri
  • Mədəni – Estetik İnkişaf üzrə Fəaliyyətlər

Proqramda İştirak Kriteriyaları Nədir?

  • Ali Təhsil
  • Liderlik bacarığı
  • Yüksək motivasiyalılıq
  • Səmərəli qərar qəbuletmə bacarığı
  • Nəticəyönümlülük
  • İKT-dən istifadə bacarığı
  • Məntiqi düşüncə bacarığı

Sertifikat : Təlim proqramını bitirənlərPreschool Academy” lim rkəzi  tərəfindən təsdiqlənmiş sertifikatla təmin olunacaqlar.

İŞ İMKANI : Təlim proqramının sonunda imtahandan yüksək nəticə göstərən şəxslərlə 1 illik  iş müqaviləsi imzalanacaq.

Təlim üçün yerlər məhduddur. İştirak üçün öncədən qeydiyyatdan keçmək şərtdir. Təlim ödənişlidir.  Qiymət kateqoriyası qeydiyyatdan keçənlərə zəng olunmaqla təsdiqlənəcək.

 

QEYDIYYAT ÜÇÜN ZƏNG EDIN: 055 260 74 71 \ 050 264 50 12

Son Qeydiyyat Tarixi: 31.10.2019

 

Ünvan: Nərimanov rayonu, Əhməd Rəcəbli küç. 23A

Sosial Şəbəkələrdə Ünvanlarımız:

https://www.facebook.com/masterterbiyeci/?epa=SEARCH_BOX

https://www.facebook.com/search/top/?q=pre-school%20academy%20azerbaijan&epa=SEARCH_BOX

https://www.instagram.com/terbiyecikursu/

https://www.instagram.com/preschoolacademyazerbaijan/

Bəyən və paylaş

Rəylər

rəy(lər)