MBA proqramı üzrə “akademik məsləhətçi (tyutor)” vakansiyası

AzTU yeni yaradılmış MBA proqramı üzrə “akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir Tələblər: ·Ali təhsil – Mütləq şəkildə Nəqliyyat, logistika və ya müvafiq ixtisas üzrə ali təhsil; ·Akademik məsləhətçi (tyutor) vəzifəsi üzrə minimum 1 illik iş təcrübəsi; ·Mütləq şəkildə - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.12.2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas ( baza ali) tibb təhsilindəvə Azərbaycan Milli Elmər Akademiyasının magistratura səviyyəsindəkredit sistemi ilə təhsilin təşkili Qaydaları”ndan məlumatlı olmalı; ·Yüksək səviyyədə tələbələrlə ünsiyyət qurmaqbacarığına malik olmalı; ·“Microsoft Office” proqramlarından istifadə bacarığı; ·Xarici dil biliyi olması üstünlükdür; ·Nəticə yönümlülük Vəzifə üzrə öhdəliklər: ·Tələbələrin akademik maraqlarını qorumaq və müdafiə etmək; ·Tədris prosesinin təşkili ilə bağlı zəruri məlumatları və sənədləri tələbələrə təqdim etmək; ·Tələbələrin fərdi tədris və iş planlarının tərtibi üçün onlara qrup halında və ya fərdi məsləhətlər vermək; ·İl ərzində müntəzəm olaraq akademik məsləhətləşmələr təşkil etmək; ·Tələbələrin fərdi tədris planlarının qəbulunu təşkil etmək və ixtisaslar (proqramlar) üzrə iş planlarının tərtib edilməsində iştirak etmək; ·Tələbələrə fərdi tədris planında dəyişiklik aparmağa yardım göstərmək, İstiqamətlər (ixtisaslar, proqramlar) üzrə təhsil almaq üçün lazım olan metodik materialların hazırlanmasına və mövcudluğuna, eləcə də tələbələrin fənlər üzrə attestasiyasının keçirilməsinə nəzarət etmək; ·Ali təhsil müəssisəsinin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak etmək; İş qrafiki: Bazar ertəsi-cümə, saat 09:00-17:30 Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq Son müraciət tarixi: 30.10.2021 Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini[email protected]elektron ünvanına mövzu yerinə “akademik məsləhətçi (tyutor)”qeyd etməklə göndərə bilərlər.

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az