25 Mart 16:27

“Mədəni irsimizi yayaşadaq: Əsrlərin yadigarı – Dədə Qorqud” boyları üzrə əl işləri və​ rəsm müsabiqəsi

F.Köçərli adına Respublika Uşaq Kitabxanası​ “Mədəni irsimizi yayaşadaq: Əsrlərin yadigarı – Dədə Qorqud” boyları üzrə əl işləri və​ rəsm müsabiqəsi elan edir.

Müsabiqədə 12-16 yaş həddində olan yeniyetmələr iştirak edə bilər.

Müsabiqə 15 may 2019-cu ilədək davam edəcək.

Rəsm əsərləri və əl işləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasına təqdim edilməlidir.

Müsabiqə aşağıdakı nominasiyalar üzrə aparılacaq:

1.Kitabi- Dədə Qorqud boyları üzrə ən yaxşı rəsm işləri

2.Kitabi- Dədə Qorqud boyları üzrə ən yaxşı əl işləri (parça, taxta, gil,keramika və s.)

Müsabiqənin qalibləri hər iki nominasiya üzrə I, II, III yer olmaqla qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər özləri haqqında bu məlumatları da təqdim etməlidirlər:

 ▪Adı, soyadı, atasının adı və təvəllüdü

▪Ev ünvanı, məktəbin nömrəsi, əlaqə telefonu

 

Ünvan:S.Vurğun küç.88

Əlaqə telefonu: (012) 597-08-79

E-mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)