"Mədəni yenilənmə" layihəsi


25 il Taqankada



16 və 17 iyun tarixlərində "Mədəni yenilənmə" layihəsi çərçivəsində sizi yeni maraqlı tədbirlər gözləyir. Bu dəfəki qonağımız teatr və kino aktyoru, rejissor, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Əməkdar artisti Timur Bədəlbəylidir.



Timur Bədəlbəyli B. Şukin adına Moskva Ali Teatr Məktəbinin (Y. Lyubimovun kursu) məzunudur. Təhsilini bitirdikdən sonra Taqanka Teatrının truppasına dəvət olunur və tez bir zamanda bu teatrın aparıcı aktyoruna çevrilir. O, "Əlvida, cənub şəhəri" filmindəki roluna görə "Şərq-Qərb" Beynəlxalq Film Festivalının (2006) və Batumi Beynəlxalq Arthaus Filmləri Festivalının (2007) mükafatlarına layiq görülüb.



16 iyun, saat 19:00

Açıq yaradıcılıq görüşü

YARAT Mərkəzi

Yaradıcılıq görüşü çərçivəsində həmçinin "Böyük mistifikasiyalar" sənədli filmlər silsiləsinin bir buraxılışı da nümayiş olunacaq və sonra müzakirə aparılacaq.



17 iyun, saat 19:00

Aktyorlar və rejissorlar üçün ustad dərsi

YARAT Mərkəzi

Dünya teatr islahatçısı Yuri Lyubimovun yaradıcılıq üsulu.

Şərti total teatr və "sintetik" aktyorun tərbiyəsi.

"Müəllif teatrı" mövzusu və postmodern teatrın perspektivləri ətrafında müzakirə.



Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirilir.



Tədbirdə iştirak etmək üçün: https://cutt.ly/IJCosea


__________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az