reklam

“Mədəni Yenilənmə” layihəsi çərçivəsində Fərəc Qarayev ilə görüşlər baş tutacaq

“Mədəni Yenilənmə” YARAT müasir incəsənət mərkəzi və Azərbaycan Respublikası mədəniyyət nazirliyinin 2021-ci ilin oktyabr ayından etibarən keçirilən müştərək layihəsidir. Layihənin məqsədi hazırda Azərbaycanın hüdudlarından kənarda yaşayıb-yaradan mədəniyyət və incəsənət xadimlərini, görkəmli simaları çağdaş nəslə tanıtdırmaq, onların doğma vətənlərində kəsb etdiyi əhəmiyyəti vurğulamaq, fəaliyyət təcrübəsi ilə peşəkar bilgilərinin mübadiləsini təmin etmək, bir ildən artıq sürən pandemiya səbəbindən fəaliyyət böhranı ilə üzləşdiyi bir vəziyyətdə onlara fəaliyyət və ifa imkanı yaratmaq, eləcə də mədəniyyət sevərlərin mənəvi ehtiyacını təmin etməkdir. 15-17 dekabr 2021-ci il tarixlərində layihənin növbəti mərhələsi baş tutacaq və layihə çərçivəsində respublikanın Xalq artisti, bəstəkar və pedaqoq Fərəc Qarayev, musiqişünas, fəlsəfə elmləri doktoru Rauf Fərhadov və pianoçu, pedaqoq Samir Mirzəyev ilə görüşlər keçiriləcək. 15, 17 dekabr Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində professor Fərəc Qarayevin iştirakilə onun yaradıcılığına və XXI əsrdə Moskva bəstəkarlarının musiqisinə həsr edilmiş seminar-diskussiyalar, 16 dekabr isə musiqişünas, fəlsəfə elmləri doktoru Rauf Fərhadovun iştirakı ilə “Postmodernizmdən total sintezə doğru “ mövzusunda mühazirə-diskussiya baş tutacaqdır. Daha sonra, 15 dekabr YARAT mərkəzinin səhnəsində “SoNoR” ansamblı haqda kitabın təqdimat mərasimi, 17 dekabrda isə həmin səhnədə Antalya Dövlət Konservatoriyasının dosent doktoru Samir Mirzəyevin “Sinesteziya fenomeni və Skryabin” mövzusunda mühazirəsi keçiriləcək. Layihə çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında “Nurlanmış gecə” adlı kamera və “Nostalji” sərlövhəli simfonik konsertlər də səslənəcək.
Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində keçirilən "Mədəni yenilənmə" multidistiplinar layihəsinin budəfəki qonağı müasir Azərbaycan-rus bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, Azərbaycanın Xalq artisti, bəstəkar Fərəc Qarayevdir
Proqram:
Fərəc Qarayevlə görüş
Orkestr və solo skripka üçün konsertə doğru: "Babil qülləsi", "Vingt ans apres"
15 dekabr, 13:00
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
(Muzey Mərkəzi, II mərtəbə)
"SoNoR: İki minilliyin arasında" adlı kitabın təqdimatı
15 dekabr, 19:00
YARAT Mərkəzi
F.Qarayev və R.Fərhadovla seminar-diskussiya
Mövzu: "Postmodernizmdən total sintezə doğru"
16 dekabr, 13:00
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
(Muzey Mərkəzi, II mərtəbə)
"NURLANMIŞ GECƏ" kamera konserti
16 dekabr, 19:00
Azərbaycan Dövlət Filarmoniyası
F.Qarayev və R.Fərhadovla seminar-diskussiya
Mövzu: "XXI əsrdə Moskva bəstəkarlarının musiqisi"
17 dekabr, 13:00
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
(Muzey Mərkəzi, II mərtəbə)
Samir Mirzəyevin iştirakı ilə seminar: "Sinesteziya fenomeni və Skryabin"
17 dekabr, 15:00
YARAT Mərkəzi
Konsert proqramı:
"NOSTALGİYA" simfonik konserti
17 dekabr, 19:00
Azərbaycan Dövlət Filarmoniyası
Giriş sərbəstdir
İştirakçı sayı məhduddur
Qeydiyyat üçün: 0502469292
COVID pasportun olması mütləqdir


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az