"Mədəni yenilənmə" layihəsi


Məşhur və sevilən aktyorların silsilə yaradıcılıq gecələri, monotamaşalar, kitab təqdimatları, kiçik konsertlər, aktyorluq və rejissorluq üzrə ustad dərsləri



"Mədəni yenilənmə" layihəsinin bu dəfəki qonağı Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin "Bədii quruluş" proqramının kuratoru Əddis Hacıyevdir. Əddis Hacıyev - Rusiya Kino və Televiziya Rəssamları Gildiyasının vitse-prezidenti, Moskva Kino Məktəbinin bədii proqramlar üzrə rəhbəri və "Bədii quruluş" proqramının kuratoru, rejissor, teatr və kino rəssamıdır. Tədbir çərçivəsində onun "İdrak" adlı qısametrajlı filmi nümayiş olunacaq. Film, 2021-ci ildə Türkiyədə keçirilən "Efeler Uluslararası Çevre Film Günleri" festivalında Aydın bələdiyyə başqanının mükafatını qazanmışdır. Həmçinin, tədbir zamanı Moskva Kino Məktəbinin tələbələrinin əsrsəyə gətirdikləri işlər təqdim olunacaq.

advertisement


Nümayişdən sonra Avropa, Rusiya və Azərbaycanda kino istehsalının xüsusiyyətlərinə dair müzakirələr aparılacaq.



advertisement
26 aprel, saat 19:00

YARAT Müasir İncəsənət Mərkəzi

Tədbir rus və Azərbaycan dillərində keçiriləcək

Giriş ödənişsizdir


advertisement


Həmçinin layihə çərçivəsində təhsil sahəsi üzrə ekspert Yekaterina Çərkəz-zadə ilə kreativ sənayelərin inkişafına dair panel müzakirə keçiriləcək. Y.Çərkəz-zadə, yaradıcı sənayelər sahəsində aparıcı təhsil müəssisələrini - Britaniya Ali Dizayn Məktəbi, Scream Kompüter Texnologiyaları Məktəbi, Moskva Kino Məktəbi, Moskva Memarlıq Məktəbi MARŞ, Moskva Kommunikasiya Məktəbi MACS, Moskva Musiqi Məktəbi və digər layihələri özündə birləşdirən Universal Universitetinin direktorudur.



advertisement
27 aprel, saat 19:00

YARAT Müasir İncəsənət Mərkəzi

Tədbir rus və Azərbaycan dillərində keçiriləcək

Giriş ödənişsizdir


advertisement
_____________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK: Edumap.az

advertisement


İNSTAGRAM: @edumap.az


advertisement


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az