Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı II “4.4 Qısa Tamaşalar Festivalı”na tamaşa qəbulu elan edir

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalı milli teatr prosesini canlandırmaq, teatr sənətçilərini yeni yaradıcı təşəbbüslərə təşviq etmək məqsədilə II “4.4 Qısa Tamaşalar Festivalı”na (QTF) tamaşa qəbulu elan edir. Festival “Şuşa İli”nə ithaf olunur. Bildiyiniz kimi, ölkə Prezidentinin Sərəncamları ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il “Şuşa ili” elan edilmişdir. Şuşa hər zaman xalqımız üçün xüsusi dəyərə malik bir şəhər olub, milli kimliyimizin rəmzinə çevrilib. 44 günlük Qarabağ müharibəsində Şuşa şəhərinin qəhrəman döyüşçülərimiz tərəfindən işğaldan azad edilməsi isə xalqımızın qazandığı Qarabağ Zəfərinə möhür vurub. Bu gün Şuşa təkcə Qarabağın tacı deyil, eyni zamanda, bütün dünya azərbaycanlılarının and yeri, qürur mənbəyidir. Ötən ilin noyabr ayında baş tutan ilk festivaldan fərqli olaraq II “4.4 Qısa Tamaşalar Festivalı”nda tamaşaların onlayn deyil, canlı təqdimatı nəzərdə tutulur. Festival çərçivəsində nümayiş olunacaq tamaşalarla yanaşı, treninq, seminar və panel müzakirələr təşkil olunacaq ki, bu da teatr mühitindəki durğunluğu aradan qaldırmağa, prosesi canlandırmağa, teatr sənətinin təbliğinə və inkişafına xidmət edəcək. Janr məhdudiyyəti yoxdur və mövzu sərbəstdir. Mükafatlandırma: Qaliblər peşəkar teatr xadimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyən ediləcək. Mükafat fondu: • I Yer: 5000 AZN • II Yer: 3000 AZN • III Yer: 1500 AZN Qeyd: Hər yer üzrə bir qalib seçiləcək. Müsabiqəyə qəbul şərtləri: 1.Festivalda dövlət və bələdiyyə teatrları ilə yanaşı, özəl teatr kollektivləri və müstəqil sənətçilər də iştirak edə bilər. 2. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə bilər. 3. Bir kollektiv, yaxud sənətçi müsabiqəyə yalnız bir tamaşa ilə müraciət edə bilər. 4. Festivala yalnız yeni tamaşalar qəbul edilir. 5. Müsabiqəyə göndərilən tamaşalara janr məhdudiyyəti qoyulmur. 6. Müsabiqəyə təqdim edilən tamaşaların xronometrajı 44dəqiqədən artıq olmamalıdır. 7. İştirakçılar tamaşaların treylerini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. 8.Müsabiqəyə təqdim edilən materiallar 15 oktyabr 2022-ci il tarixindən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Qeyd: Son tarixdən (15 oktyabr 2022-ci il) gec göndərilən və texniki tələblərə cavab verməyən materiallar müsabiqəyə qəbul olunmayacaq. 9. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır. 10. Təqdim edilməli materialların və sənədlərin siyahısı: Müraciət forması •Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində 30-60 saniyəlik treyleri •Tamaşanın MP4 formatında, 720p və daha yüksək görüntü keyfiyyətində ümumi plan çəkilişi • Tamaşadan 3-5 fotoşəkil (fotolar, ən azı, 300 dpi ölçüdə, 3 MB-dən böyük və jpeg formatında olmalıdır). •Məsul şəxsin şəxsiyyət vəsiqəsinin surəti (PDF). •Tamaşanın rayderi. Qeyd: Tamaşaların treyleri DVD diskdə, xarici yaddaş qurğusunda, yaxud internet vasitəsilə (elektron poçtla, wetransfer, filelmail, googledrive və digər fayl mübadiləsi platformalarından istifadə etməklə) göndərilməlidir. Əlaqə vasitəsi: +994 50 6602025
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az