21 Dekabr 11:55

“Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil edilmiş pulsuz onlayn kurslar

Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri avropalı ekspertlərin dərs dediyi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil edilmiş kurslarda iştirak edə bilərlər.

AZƏRTAC xəbər verir ki, hər bir kurs bir neçə qısa videofilmdən ibarətdir və əməli tövsiyələrlə, nümunələrlə tamamlanıb. Kursları başa vurduqdan sonra sertifikat almaq mümkündür. Azərbaycan, rus və ingilis dilləri daxil olmaqla 8 dildə təşkil edilən kursların proqramına Avropanın yaradıcılıq və mədəniyyət sahələrinə aid ən qabaqcıl təcrübələri daxildir.

Kursu keçmək və sertifikat ala bilmək üçün ilk növbədə bəyəndiyiniz mövzunu www.culturepartnership.eu/publishing/online-learning internet saytından seçməli, dərs materialları ilə tanış olmalı və testin suallarına cavab verməlisiniz. Hazırda “Strateji planlaşdırma”, “Advokasiya”, “Kreativ Avropa” və “Təklifin hazırlanması” olmaqla 4 kursda iştirak etmək olar.

İl ərzində kurslara yeni mövzular, o cümlədən layihələr üzrə ərizələrin yazılması, maliyyə məsələləri, kommunikasiya, mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün layihə idarəetməsi və s. kimi mövzular əlavə ediləcək.

Bəyən və paylaş

Rəylər

rəy(lər)