10 Aprel 15:50

“Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəsinə start verir

Bütün dünyada olduğu kimi Azərbaycanda da Koronavirus (COVİD-19) pandemiyası bütün sahələrə öz təsirini göstərmişdir.

Bu səbəbdən bir çox təhsil və mədəniyyət müəssisələri, eləcə də digər təşkilatlar öz fəaliyyətlərini “online” şəkildə təşkil etməyə başlayıbdır. Nəticə olaraq, “online” resurslara olan ehtiyac günbəgün artmış və bu da öz növbəsində daha müasir, çevik, yüksək keyfiyyətli texnoloji həllərin yaranmasına səbəb olmuşdur.

Hal-hazırda dünyanın bir çox ölkələrində rəqəmsal mədəniyyətə keçid prosesləri artıq başlamışdır və müşahidələr onu göstərir ki, yaxın gələcəkdə “online” resurslardan istifadə olunması üstünlük təşkil edəcəkdir.

Bunu əsas götürərək Azərbaycanda mədəniyyət və yaradıcılıq sahələrində yeni ideyaları və yanaşmaları dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və “Kreativ Azərbaycan” portalı “Mədəniyyət və yaradıcılıq sahəsində rəqəmsal həllər” adlı startap müsabiqəyə start verir!

Müsabiqə çərçivəsində istənilən şəxs öz layihəsini “Kreativ Azərbaycan” portalının elektron poçt ünvanına ([email protected]) göndərə bilər. Layihənin təsviri forması sərbəstdir.

Layihələrin qəbulu 15 may 2020-ci il tarixinədək davam edəcəkdir.

Müsabiqənin ümumi fondu 10 000 azn təşkil edir:

– 1-ci yer: 5000 azn

– 2-ci yer: 3000 azn

– 3-cü yer: 2000 azn

Qaliblərin cari ilin 31 may tarixinədək müəyyənləşdirilməsi nəzərdə tutulur.

Müsabiqə ilə bağlı suallar Kreativ Azərbaycan portalı ilə əlaqə saxlanılaraq verilə bilər:

Sayt: www.creative.az

Facebook: https://www.facebook.com/creative.az

Instagram: https://www.instagram.com/kreativaze

Email: [email protected]

Bəyən və paylaş