MediClub klinikasına təcrübəli Reanimasiya feldşerləri tələb olunur

MediClub klinikasına təcrübəli Reanimasiya feldşerləri tələb olunur.

İş haqqında məlumat

– İntensiv terapiya və reanimasiya şöbəsində xəstənin vəziyyətinə, yuxusuna, anamnezinə nəzarət edilməsi;
– Həkimin təyinatlarina vaxtinda və dəqiq əməl edilməsi
– EKQ çəkilməsi
– Kompleks-reanimasiya tədbirlərinin aparılması v.s.

Vəzifəyə qoyulan tələblər:

– Ən azı 3-5 il iş təcrübəsi (təcili yardım, stasionar,reanimasiya);
– Sahəsi üzrə tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiya şəhadətnaməsi ;
– İngilis dili biliyi arzuolunandır.

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə ;
– Növbəli iş rejimi ;
– Əmək haqqı namizədin bilik və bacarıqlarına müvafiq olaraq razılaşma əsasında müəyyən edilir.

Qeyd olunmuş tələblərə cavab verən namizədlər, mövzu hissəsində iddia edilən vəzifənin adını qeyd etməklə, CV- lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Bir cavab yazın

Back to top button