Cümə axşamı, 21 Avqust, 2025

"Məğlubedilməzlərin Yolu" adlı onlayn forum keçiriləcək


  • Dərc edildi: 30 Oktyabr, 2021 - 12:23
"Məğlubedilməzlərin Yolu" adlı onlayn forum keçiriləcək

Vətənpərvər Gənclərimiz ! Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Və ordumuzun qazandığı zəfər yaddaşlara həkk olundu. Bu məqsədlə "Xəzər Gənclər Evi" və "Azərbaycan Gənc Könüllülər Akademiyası"nın birgə təşkilatçılığı ilə Şanlı Zəfərin 1 ilinə həsr olunmuş "Məğlubedilməzlərin Yolu" adlı onlayn forum keçirəcəyik. Forumda iştirak edəcək qonaqlarımız : Fulya Öztürk - FOX TV Aparıcısı. Kerim Ulak - A Haber müxbiri. Ertan Üstündağ - Türk Özel Kuvvetlerde Eğİtmen. Elman Məmmədov - Şəhid İmran və Bəhram qardaşlarının atası. Amin Musayev - Vətən Müharibəsi iştirakçısı- Qazi. Təranə Nağıyeva - ADPU- Filologiya üzrə Fəlsəfə Doktoru. Halil Kahraman - CNN Türk - Operator. İlkin Fərzəliyev - Suqovuşana Bayraq sancan İgid. Forum : Tarix: 06 noyabr saat: 20:00 Zoom Platforması vasitəsilə ödənişsiz keçiriləcəkdir. Foruma qoşulmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz. Ⓜ️əğlubedilməzlərin Yolu https://chat.whatsapp.com/LJHJBfEai8nGBjjvUGU5Rq Ⓜ️əğlubedilməzlərin Yolu🇦🇿2️⃣ https://chat.whatsapp.com/GOUUpAbvL7ZAE7aSAQzEDh

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 23:21 251
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 55
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7153
Sumqayıt Dövlət Univ...