“Məhəmmədəli İbrahimli Təqaüd Proqramı”na müraciətlərin qəbulu elan olunur


Bugündən etibarən 2022-2023 təhsil ili üçün “Məhəmmədəli İbrahimli Təqaüd Proqramı”na müraciətlərin qəbulu elan olunur. Bu postda təqaüd proqramı ilə bağlı ümumi məlumatları sizlərlə bölüşmək istəyirik, lakin daha detallı məlumat almaq üçün mischolarship.com vebsaytımıza baş çəkə bilərsiniz.



Dünyanın istənilən bölgəsində yaşayan azərbaycanlılar bu təqaüd proqramına müraciət edə bilər. Müraciət üçün əsas şərt Vişeqrad qrupu və ya Baltikyanı ölkələrdə yerləşən universitetlərin birindən magistr səviyyəsində təhsil üçün rəsmi qəbul almış olmaq və ya hal-hazırda magistr təhsilini orada davam etdirməkdir.



İlk mərhələdə müraciətçilər keçiddən istifadə edərək müraciət formunu - https://bit.ly/3nKigPo - dolduraraq özləri haqqında lazımi məlumatları daxil etməli və sənədləri yükləməlidirlər. Forma yüklənilməsi tələb olunan sənədlərdən biri doldurulmuş MISP ərizə formasıdır. Bu formanı mischolarship.com/apply keçidindəki "Formanı yüklə" düyməsindən əldə edə bilərsiniz.



Bir neçə gün davam edəcək ümumi qiymətləndirmədən sonra bu mərhələdən uğurla keçmiş şəxslər müsahibəyə dəvət olunacaqdır. Müsahibələrin nəticələri və qaliblər 10 avqust tarixinədək müəyyən olunacaqdır.



Müraciət üçün son tarix 24 iyul Mərkəzi Avropa saatı ilə 23:59 olaraq təyin edilmişdir. Müraciətçilərə uğurlar arzulayırıq!


__________________________________________________________________________________________________________________


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:


FACEBOOK:Edumap.az




İNSTAGRAM:@edumap.az




BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az