1 Noyabr 16:21

Məhsul Meneceri vakansiyas

Vəzifə: Məhsul Meneceri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il

Təhsil: İqtisadiyyat, Biznesin təşkili və ya Marketinq ixtisasları üzrə ali təhsil
Yaş həddi: 27-40

İşin Təsviri:

Brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun məhsulların bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi.

Vəzifə öhdəlikləri:

– Bazar araşdırması həyata keçirərək istehlakçı ehtiyaclarının müəyyənləşdirilməsi və bu ehtiyaclara uyğun məhsul təklifinin edilməsi;
– Məhsul xətti üzrə marketinq strategiyasının müəyyənləşdirilməsi və marketinq planının hazırlanması;
– Yeni məhsul yaradılması prosesinə liderlik edilməsi, məhsul ideyasından bazara çıxışına qədərki mərhələlərin idarə olunması;
– Rəqiblərin fəaliyyətini təhlil edərək məhsulların rəqabət üstünlüyünün qorunmasını təmin etmək;
– Məhsul xətti üzrə mənfəətlilik hədəflərinin təyin edilməsi, məhsul mənfəətliliyindən cavabdeh olaraq kommersiya qərarlarının verilməsində iştirak etmək;
– Məhsul çeşidləri üzrə tələb proqnozlaşdırılmasının həyata keçirilməsi, satış və istehsal planlarının effektiv və düzgün təyin edilməsini təmin etmək;
– Marketinq strategiyasına uyğun kommunikasiya, ticari marketinq büdcələrinin təyin edilməsi, effektiv idarə olunmasının təmin edilməsi;
– Şirkət daxilində  Satış, İstehsal, Planlama, Satınalma, Marketinq Kommunikasiyaları, Ticari Marketinq, İnkişaf və Təkmilləşdirmə, Keyfiyyətə Nəzarət Şöbələri ilə çalışaraq məhsul üzrə qərarların icrası üçün müvafiq koordinasiyanın təmini və liderlik  edilməsi;
– Məhsulun qiymət siyasətinin müəyyənləşdirilməsi və qiymətqoyma prosesinin idarə edilməsi;
– Marketinq Kommunikasiyaları Şöbəsi ilə  çalışaraq brend dəyəri yaradılması və ya gücləndirilməsi üçün kommunikasiya strategiyasının, fəaliyyət planının və büdcəsinin  təyin edilməsi, strategiyaya uyğun brendlərin bazarda irəliləməsi və mövqeləndirilməsinin təmin edilməsi;
– Satış və Ticari Marketinq Şöbələrilə birgə satış, kanal, merçendayzinq strategiyalarının müəyyənləşdirilməsi.

Tələblər:

– Yeni məhsul yaradılmasında uzunmüddətli iş təcrübəsi;
– Yerli istehsal müəssisələrində təcrübənin olması;
– Yüksək ünsiyyət və liderlik qabiliyyətinin, qərar vermə bacarığının, analitik düşüncə  və layihəni idarəetmə qabiliyyətinin olması;
– Rus və ingilis dili biliyi;
– Ölkədaxili və ölkəxarici ezamiyyət imkanlarının olması;
– B kateqoriyalı sürücülük vəsiqəsinin olması;
– MS Office proqramları biliyi;
– Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

– Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanma;
– Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Məhsul Meneceri Edumap.az” yazmaqla CV göndərərək müraciət edilir.

Bəyən və paylaş

Rəylər

rəy(lər)