Məhsulların dəstəyi və inkişafı üzrə mütəxəssis vakansiyası

Vakansiya:
Məhsulların dəstəyi və inkişafı üzrə mütəxəssis

Tələblər:
– Texniki istiqamət üzrə Ali təhsil;
– Bank sahəsində ən azı 1 il iş təcrübəsi;
– Azərbaycan və rus dillərini sərbəst, İngilis dilini isə ən azı texniki sənədləri oxumaq və başa düşmək səviyyəsində bilmək;
– Operativlik və detallara diqqət yetirmək qabiliyyəti;
– Dəqiqlik, məsuliyyətlilik və təşəbbüskarlıq;
– Peşəkar karyeraya başlamaq üçün yüksək motivasiya və həvəs;
– Öz üzərində çalışma və inkişaf etmə istəyi;
– Analitik yanaşma qabiliyyəti;
– Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
– Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Vəzifə:
– Dinamik mühitdə minimum vaxt sərfi ilə gündəlik tapşırıqların effektiv həll edilməsi;
– Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
– Şirkətdaxili qaydalardan irəli gələn vəzifələrin icrasının təmin edilməsi;
– Şöbənin fəliyyətindən və vəzifəsindən irəli gələn digər tapşırıqların yerinə yetirilməsi;
– Kart məhsulları və terminallar üçün müəyyən edilmiş texniki iş tapşırıqlarının təhlilinin aparılması və icra edilməsi;
– Müştərilərlə əlaqə (banklar, tərəfdaşlar və proqram təminatçıları);
– Mövcud layihələrə dəstək verilməsi;
– Xüsusi proqram təminatından istifadə edərək təyin olunmuş sənədlərin işlənməsi;
– Xidməti məlumatların məxfiliyinin qorunması.

Namizədlərdən CV-lərini “Məhsulların dəstəyi və inkişafı üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles