30 İyul 10:08

“Məhsulun idarə edilməsi” seminarı

Əziz izləyicilər, Sizi 3 avqust tarixində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində baş tutacaq “Məhsulun idarə edilməsi” seminarına dəvət edirik.

Layihə 2 şəkildə uğurlu ola bilər. Vaxtında bitdikdə və düzgün idarə edildikdə. Bunlar layihənin effektiv şəkildə idarə edilməsi ilə mümkündür. Seminarımızda iştirak edənlər lahyihə ilə məhsul arasındakı fərq, onların başlanması, nəzarət edilməsi və uğurla tamamlanması haqqında ətraflı məlumat əldə edəcəklər.

Təlimçi Fərid Kazımov İnnovasiyaların İxracı üzrə Azərbaycan Konsorsiumunun icraçı direktorudur.

O, layihələrin İdarəedilməsi üzrə Azərbaycan Assosiasiyası
Konsaltinq sahəsində 14 il təcrübəyə sahibdir. Müxtəlif illərdə Cisco, HP, Microsoft, Samsung, EMC, Intel, SAP, Xerox, IBM, CeBIT Bilisim (Türkiyə), Oracle, Huawei, HTC, Sony Mobile, Holcim, UNDP, Paşa Bank, Caspian Mobile, SINAM, ULTRA, AGBank, Azerfon, Novco, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazırliyi, Təhsil Nazirliyi və s. təşkilatlarla əməkdaşlıq edib.

🗓Tarix: 3 avqust
⏰Qeydiyyat başlayır: 11:00
⏰Seminarın başlama saatı: 11:30
📍Ünvan: “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi (Bakı, Atatürk prospekti, 89)
📞Əlaqə: +994 12 444 74 33
🆓İştirak ödənişsizdir.

✉ Qeydiyyat linki: http://bit.ly/2Ym3sY0
Son qeydiyyat tarixi: 2 avqust, 14:00

Bəyən və paylaş

Rəylər

rəy(lər)