4-7 oktyabr tarixlərində saat 16:00-dan 19:00-a qədər "Məişət zorakılığının uşaqlara təsiri" başlığı altında təlim keçiriləcək. 4 günlük təlim proqramı çərçivəsində məişət zorakılığının uşaqlara təsiri və ailədəki münasibətlərin uşaqların emosional inkişafındakı rolu müzakirə ediləcək.
Təlimin bütün sessiyalarında iştirak zəruridir. Qeyd edək ki, təlim iştirakçıları sertifikat ilə təltif ediləcək.
Pandemiya ilə əlaqədar iştirakçıların sayı məhdud olduğu üçün qeydiyyatdan keçmək vacibdir.
Əlaqə telefonu: +994556466986
Qeydiyyat linki:https://l24.im/HmQOTeX
Təlimçi haqqında:
Sənubər Heydərova- 2005-ci ildə BDU-də sosiologiya məzunu, 2008-dən Sosial iş ixtisası məzunu. İndiyə qədər müxtəlif yerli və beynəlxalq təşkilatlarda sosial işçi kimi çalışıb. 2011-dən fərqli universitetlərdə pedoqoji fəaliyyətlə məşğul olub. 2018-ci ildən Sosial Xidmətlər Mərkəzinin həmtəsisçisidir. II Qarabağ müharibəsi zamanı və növbəti aylarda təmas xəttinə yaxın kəndlərdə müharibədən əziyyət çəkən uşaqlar və onların ailələri ilə işləyib. Hazırda superviziya, təlim və sosial iş xidmətləri göstərir.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur