1 Mart 14:26

MEK Edumap.az Təhsil Portalının redaksiyasına kitab hədiyyə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Edumap.az Təhsil Portalının müraciətinə əsasən redaksiyaya kitab hədiyyə edib. Kitabxana öz mübadilə fonundan Edumap.az Təhsil Portalına 50 ədəd kitab hədiyyə edib.

Xatırladaq ki, MEK yeni ənənənin tətbiqinə 2016-cı ilin may ayından başlayaraq, hədiyyə olunan kitabların seçimini müəssisələrin öz ixtiyarına verib. Seçim kitabxananın www.mek.az saytında Elanlar bölməsində yerləşdirilmiş siyahıdan aparıla bilər.

Bəyən və paylaş

Rəylər

rəy(lər)