“Məkan və İncə-Sənət 2” adlı plener keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2017-ci ilin 29 aprel tarixində, saat 15:00-dan 18:00-dək Nizami küçəsində fəaliyyət göstərən incəsənət məkanında “Məkan və İncə-Sənət 2” adlı plener keçiriləcəkdir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziriliyi tərəfindən 2016-cı ildə Bakı şəhərində yaradılmış incəsənət məkanında təşkil olunan plener rəssamlıq sənətinin, rəssamların yaradıcılığının yerli və xarici turistlərə təbliği, paytaxtın mədəni həyatına rəngarəngliyin gətirilməsi məqsədi ilə həyata keçirilir. Tədbir, həmçinin açıq səma altında çoxsaylı rəssamların birgə çalışmasını nəzərdə tutur.
Qeyd edək ki, plener boyakarlığı kompozisiya bilavasitə öyrənmək və onu tam əks etdirmək məqsədilə rəssamların emalatxanadan kənarda, açıq havada işləmələri ilə əlaqədar meydana gəlmişdir.
Plenerdə iştirak etmək istəyənlər bizimlə əlaqə saxlaya bilərlər.
Tel: (012)4308119
e-mail: [email protected]

Bir cavab yazın

Back to top button