Məktəb inspektoru vakansiyası

TKTA “MƏKTƏB İNSPEKTORU” VƏZİFƏSİ ÜZRƏ VAKANSİYA ELAN EDİR

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün “məktəb inspektoru” vəzifəsi üzrə vakansiya elan edir.

 

Tələblər:

 

  • Ali təhsil;
  • Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqındda biliklər;
  • Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
  • Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
  • Yüksək səviyyədə Azərbaycan dili biliyi;
  • “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
  • Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
  • Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
  • Monitorinq və qiymətləndirmə bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • Komandada işləmə bacarığı;
  • Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
  • Minimum yaş həddi – 30 yaş

 

Üstünlüklər:

 

  • Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
  • Yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak imkanı;
  • Özünüinkişaf və karyerada yüksəliş imkanı;
  • Yüksək əməkhaqqı.

 

İş qrafiki: Tam ştat (bazar ertəsi-cümə, saat 09:00-18:00)

və ya xidməti müqavilə əsasında sərbəst qrafik.

 

Son müraciət tarixi: 25.06.2021

 

Müraciət etmək istəyən namizədlər öz CV-lərini bu keçid vasitəsilə göndərə bilərlər.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir