“Məktəbdə liderliyin inkişafı” təlimi davam edir


“Direktorlar klubu” çərçivəsində məktəb direktorları üçün “Məktəbdə liderliyin inkişafı” təlimi davam edir.



Təlim 12 saat olmaqla strateji planlaşdırma, liderlik, məktəbdaxili monitorinq və keyfiyyətə nəzarət, təşkilati davranış, komanda işinin təşkili və motivasiya mövzularını əhatə edir.

advertisement


Təlimdə müxtəlif bölgələrdən 60 məktəb direktoru iştirak edir.



advertisement

Təlim “T-network” təcrübə və kommunikasiya platformasının tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmov tərəfindən keçirilir.




advertisement
Növbəti həftələrdə yeni qrupların formalaşdırılması planlaşdırılır. Kluba üzv olmaq istəyən məktəb direktorları müvafiq linkə keçid edə bilərlər: https://forms.gle/1QVWonEzjMimNRNp9




Xatırladaq ki, klub Təhsil Nazirliyinin dəstəyi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı, “Kapital Bank”ın baş sponsorluğu ilə yaradılıb.

advertisement


Klubun əsas məqsədi ümumtəhsil məktəb direktorlarının kommunikasiyasını və təcrübə mübadiləsini təmin etmək, onlar arasında əməkdaşlığı inkişaf etdirmək, bu yolla onların bacarıqlarını təkmilləşdirmək, təhsilin idarəetməsində keyfiyyətin inkişafına töhfə verməkdir.



BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az