Məktəbəqədər hazırlıq işinə marağı olan işsiz xanımların nəzərinə!

Dövlət Məşğulluq Agentliyi və UAFA-dan məktəbəqədər hazırlıq işinə marağı olan işsiz qadınlar üçün yeni layihə

Bu sahədə şəxsi biznesini qurmaq istəyən 150 işsiz qadına dəstək veriləcək

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) uşaqlarla məktəbəqədər hazırlıq işinə marağı olan və bu sahədə öz biznesini qurmaq istəyən işsiz xanımlara dəstək üçün “Məktəbim” layihəsinə start verib.

 

Layihə bu günlərdə Agentliyin sədri Mustafa Abbasbəyli və UAFA-nın rəhbəri xanım Qven Börçelin iki qurum arasında əməkdaşlıq məqsədilə imzaladıqları memoranduma əsasən icra olunur.

 

Qadınların özünüməşğulluq proqramına cəlbinə dəstək məqsədi daşıyan bu layihədən faydalanmaq istəyən işsiz qadınların ilk növbədə qeydiyyatı aparılacaq.  Sonra seçim mərhələsini uğurla keçən qadınlar üçün UAFA tərəfindən  məktəbəqədər təhsil metodologiyası üzrə təlimlər keçiriləcək. Növbəti mərhələdə isə onlar Dövlət Məşğulluq Agentliyi tərəfindən biznes təlimlərinə cəlb olunacaqlar.

 

Sonda 150 iştirakçıya  məktəbəqədər təhsil mərkəzinin yaradılması üçün özünüməşğulluq proqramı çərçivəsində dəstək göstəriləcək.

 

Layihədən yararlanmaq istəyən işsiz qadınlar qeyd edilən linkə daxil olaraq “Layihələr üzrə müraciət forması”nı doldurmaqla qeydiyyatdan keçə bilərlər:

 

https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform

Qeyd edək ki, layihəyə son müraciət tarixi 31 mart 2021-ci il müəyyən edilmişdir.

Bir cavab yazın

Back to top button