13 Avqust 15:33

Məktəbəqədər  hazırlıq müəllimi (Rus və Azərbaycan qrupları üzrə )

UŞAQ İNKİŞAF  MƏRKƏZİ  “ALFA  KİDS”

VAKANSİYA

Vəzifə:  məktəbəqədər  hazırlıq müəllimi (Rus və Azərbaycan qrupları üzrə )

Vəzifə öhdəlikləri:

Azyaşlı  uşaqlara  təlim proqramına uyğun olaraq  fənnləri  tədris etmək;

Müəyyən edilmiş  gün rejiminə və dərs  cədvəlinə ciddi riayət etmək;

Azyaşlı uşaqların dərs müddətində təlim-tərbiyəsinə nəzarət etmək və bu məsələlər  üzrə  valideynlərlə iş aparmaq;

Uşaqlarla korreksiya-tərbiyəedici  işlər aparmaq;

Öyrədici-əyləncəli təlim  üsullarından istifadə etmək;

Mütəmadi olaraq rəhbərliyə hesabat vermək və prosesin gedişatı haqqında məlumatlandırmaq.

Tələblər:

Təcrübə: Bağça və ya  uşaq inkişaf mərkəzlərində 3-10 il  iş təcrübəsi.

Məktəbəqədər  yaşlı uşaqların  inkişaf psixologiyasını bilmək;                            Məsuliyyətli,   uşaqları  sevən, komandada   iş  bacarığı, səbrli, yaradıcı, ünsiyyətcil, emosional yetkin,  öyrənmək və öyrətmək bacarığı;

Təhsili:  Ali  və ya orta ixtisas  təhsilli  (məktəbəqədər  və  ya  ibtidai sinif müəllimliyi ixitsasi üzrə).

Dil biliyi: Azəri və rus dili yaxşı səviyyədə

Cins: Qadın

İş yeri: Bakı şəhəri.

İş  rejimi: qrafik üzrə

Əmək haqqı:   müqavilə üzrə

Maraqlanan namizədlərdən  “mövzu başlığı”-na vakansiyanın adını qeyd edərək  CV-lərini     «[email protected]»   ünvanına  göndərməkləri  xahiş olunur.

Bəyən və paylaş

Rəylər

rəy(lər)