1 Sentyabr 13:25

Məktəblərdə İnformatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsinə Mentor axtarılır

Beynəlxalq Təlim və Layihə Mərkəzinin icra etdiyi “ Məktəblərdə İnformatika fənninin tədrisinin təkmilləşdirilməsinə dəstək” layihəsinə Mentor axtarılır!

Vəzifə öhdəlikləri:

– Seçilmiş məktəblərdə İnformatika fənninin əhəmiyyəti barədə təqdimatların edilməsi;

– İnformatika fənni üzrə dərslərin dinlənilməsi, qiymətləndirilməsi və rəy verilməsi;

– Şagirdlərin biliklərinin qiymətləndirilməsi və müqayisəli təhlili;

– Nümunəvi dərslərin hazırlanması və təqdimatı;

– Hazırlanmış kurrikulum və metodiki vəsaitin tətbiqi üçün mütəmadi dəstəyin verilməsi.

Tələblər:

– Kompüter elmləri/ İnformatika müəllimliyi üzrə ixtisas dərəcəsi;

– Minimum 3 illik pedaqoji təcrübə;

– Python proqramlaşdırma dilində işləmə və tədris bacarığı;

– Xarici dil (İngilis dili) biliyi.

Qeyd edilən tələblərə uyğun gələn şəxslərdən CV-lərini [email protected] elektron poçt ünvanına “İnformatika üzrə mentor Edumap.az” başlığı altında göndərməyiniz xahiş olunur.

Yuxarıda göstərilən tələblərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaq.

Müraciət üçün son tarix: 10 sentyabr 2019-cu il

Bəyən və paylaş

Rəylər

rəy(lər)