Məktəblilər arasında intellektual məzmunlu respublika çempionatı keçiriləcək

Məktəblilər arasında intellektual məzmunlu respublika çempionatı keçiriləcək

26-27 dekabr tarixlərində Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Ağıllı Şəhər-Bakı” layihəsi çərçivəsində məktəblilər arasında “Nə?Harada?Nə zaman?” oyunu üzrə onlayn respublika çempionatı keçiriləcək.

İntellektual yarışda 6-9 sinifləri təmsil edən komandalar iştirak edəcək.

Çempionata qeydiyyat üçün son tarix dekabrın 15-dək nəzərdə tutulub. Azərbaycan dilində çempionata qoşulmaq üçün bu qeydiyyat formasını https://cutt.ly/MhbCaq2, rus dilində isə bu formanı https://cutt.ly/IhbCfCO doldurmaq lazımdır.

Bu günə kimi 250-dən çox komanda Azərbaycan dilində, 30-a yaxın komanda isə rus dilində qeydiyyatdan keçib.

Qeyd edək ki, may ayından başlayaraq Bakı, Abşeron, Sumqayıt, Quba və Gəncə şagirdləri üçün hər həftə intellektual oyunlar, hər ay bilik yarışları keçirilirdi. Respublika çempionatına həmin yarışlarda iştirak edən komandalardan başqa, digər şəhər və məktəblərdən də oyunçular qoşula bilərlər.

Sonda çempionatın qalibləri kubok, medal və hədiyyələrlə təltif ediləcək.

Bir cavab yazın

Back to top button