Məktəblilər arasında onlayn yaradıcılıq müsabiqəsi

Məktəblilər arasında onlayn yaradıcılıq müsabiqəsi

 

Mil sosial və iqtisadi sahələrdə maarifləndirmə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Füzuli, Beyləqan və Xocavənd rayonlarında  “Məktəblilər arasında onlayn yaradıcılıq müsabiqəsinin keçirilməsi” layihəsini icra edir. Layihə çərçivəsində Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan məktəbilər müsabiqəyə qatılaraq öz istedadlarını nümayiş etdirir. Müsabiqə 3 nominasiyada – şeir, natiqlik və mahnsı üzrə keçirilir. Müsabiqəyə maraq həddindən artıq böyükdür. Bu günə qədər layihəyə 350-dən çox iş təqdim olunub. Layihə komandası tərəfindən onlardan 300 video seçilmiş, kiçik montaj işləri görülmüş və yaradılmış youtube kanalına yüklənilmişdir. Hal-hazırda münsiflər heyəti qalibləri müəyyənləşdirirlər. Qeyd edək ki, müsabiqənin sonunda qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaqdır.

 

Tanıtım çarxı: https://www.youtube.com/watch?v=B1iaA7D0dc8&fbclid=IwAR1WesXHIkH76iwFsYDSWkO_VV4v549Fl4auQ82aGRaSzBUuOiVaxu_yTdY

Müsabiqənin youtube kanalı: https://www.youtube.com/channel/UCltmrfgVq32_KNCraMB8BVg

Bir cavab yazın

Back to top button