Məktəblilər üçün ÖDƏNİŞSİZ elektronika təlimlərinə qeydiyyat başladı!

Diqqət! Məktəblilər üçün ÖDƏNİŞSİZ elektronika təlimlərinə qeydiyyat başladı!
Övladınız 6-10-cu sinifdə təhsil alırsa, elektronikaya, elektronik cihazlara, ümumiyyətlə mühəndisliyə marağı varsa, “Məktəblilər üçün elektronika” dərslərinə ödənişsiz başlaya bilər.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin start verdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində Code and More (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində yaratdığı təhsil layihəsi) tərəfindən həyata keçiriləcək təlimlərə müraciət etməyə tələsin!
• 6 ay davam edəcək dərslərdə şagirdlər aşağıdakı bilikləri əldə edəcək:
o Elektronikanın əsasları,
o Dövrələrin qurulması,
o Mikrokontrollerlər və mikrokompüterlər,
o Arduino proqramlaşdırma.
• Öyrənəcəyi bilik və bacarıqları tətbiq edərək robot mexanizmləri hazırlayacaq,
• Düşünmə, plan qurma və reallaşdırma bacarıqlarını inkişaf etdirəcək,
• Səbəb-nəticə hissiyatı və məntiqi düşüncəsi, eləcə də texniki bilikləri artacaq,
• Əyləncəli və faydalı təcrübə əldə etmiş olacaq,
• Eləcə də müxtəlif yarış və olimpiadalara hazırlıq dəstəyi əldə edəcək.
Qəbul müsabiqə əsasında həyata keçiriləcək. Müsabiqə 2 mərhələli həyata keçiriləcək:
1. Online imtahan
2. Müsahibə
Müsabiqəni uğurla keçmiş namizədlər aprel ayından etibarən təlimlərə başlayacaqlar. Təlimə 60 nəfər şagirdin seçilməsi nəzərdə tutulur.
Təlimin sonunda yüksək nəticələr göstərən şagirdlərə sertifikat təqdim olunacaq. Müasir standartlara cavab verən laboratoriyalarda “Məktəblilər üçün elektronika” təlimlərinə İNDİ QOŞUL!
Qeydiyyat tarixi 15-31 Mart.
Əlaqə: +994 55 805 68 50 (Zəng/WhatsApp)
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
                   Gənclərin Xəritəsi
İNSTAGRAM: @edumap.az

Related Articles