11 Aprel 11:45

Məktəblilər üçün ödənişsiz robototexnika təlimlər

Qərbi Kaspi Universiteti məktəbliləri ödənişsiz robototexnika təlimlərinə dəvət edir!

Qərbi Kaspi Universiteti Texnoparkı nəznində fəaliyyət göstərən “ROBOTOTEXNİKA KLUBU” məktəblilər üçün təlimlər təşkil edir.
Belə ki, Robototexnika Klubunun müəllim və tələbələri tərəfindən Bakı Şəhər məktəbliləri üçün ÖDƏNİŞSİZ təlimlər keçiriləcək. Təlimlər yalnız 9-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub. Təlimlər dərs saatları xaricində keçiriləcəkdir.

Təlimlər zamanı məktəblilərə LEGO EV3 platforması və ARDUİNO üzərində təlimlər keçiriləcək.
Təlimlərə 16 aprel, 2018-ci il tarixindən start veriləcək.
Təlimə iştirak üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat linki:

https://forms.office.com/Pages/ResponsePage.aspx…

Ünvan: Əhməd Rəcəbli 3. Qərbi Kaspi Universitetinin 2-ci tədris binası.
Tel: +994 12 565 39 74 (47-ci otaq), +994 50 263 63 70
E-mail: [email protected]
Sayt: www.wcu.edu.az

Bəyən və paylaş

Rəylər

rəy(lər)